Azərbaycanda 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsini, onların həyatına, fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək məqsədilə “təhlükəsiz internet” mexanizmi yaradılacaq.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Gənclər siyasəti haqqında” qanunda dəyişikliklərdə əksini tapıb.
Fərmana əsasən, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin etməlidirlər.