• SOSİAL

    15:46 19 dekabr 2020

Azərbaycanda 4210 nəfər koronavirusdan sağalıb, 3705 yeni yoluxma qeydə alınıb, 42 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 4210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 199127 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 135462 nəfər müalicə olunaraq sağalıb, 2175 nəfər vəfat edib, aktiv xəstə sayı 61490 nəfərdir.

Ölkədə son sutka ərzində 17931, hazırkı dövrədək isə 2049239 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR