• SOSİAL

    11:42 8 aprel 2019

Azərbaycanda 60 minə yaxın şagird fransız dilini öyrənir

“Azərbaycanın 345 orta məktəbində 59947 şagird fransız dilini xarici dil kimi öyrənir, 7 ali təhsil ocağında fransız dili xarici dil kimi tədris edilir”.

Təhsil Nazirliyindən ONA-ya verilən məlumata görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan-Fransız Universitetində keçirilən “Frankofon universitet sərgisi 2019”da deyib.

Nazir müavinin sözlərinə görə, 2011-ci ildə Fransa və Azərbaycan prezidentlərinin təşəbbüsü və dəstəyi ilə yaradılmış Bakı Fransız Liseyində 150 şagird təhsil alır.

F. Qurbanov qeyd edib ki, hazırda Azərbaycan-Fransız Universitetində 400-dən çox tələbə oxuyur: “Burada hər il dövlət sifarişi ilə yerlər ayrılır. Cari tədris ilində universitetə qəbul edilmiş 160 nəfərdən 120-si dövlət sifarişi əsasında təhsil alır. Bu universitetin maddi-texniki bazası ən yüksək səviyyədə olub, müasir tələblərə cavab verir. UFAZ həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, həm də Strasburq Universitetinin diplomunu verə bilir”.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR