• SOSİAL

    17:17 2 may 2019

Azərbaycanda 64 bələdiyyənin maliyyə-təsərrüfat fəaliyyəti məhdudlaşdırılıb

“Bələdiyyələr üçün ən ciddi problemlərdən biri, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yaranan borclar nəticəsində onların bank hesablarına sərəncamların qoyulmasıdır”.

ONA-nın məlumatına görə, bu barədə “Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının hesabatı”nda qeyd edilib.

Sənəddə bildirilib ki, 64-ə yaxın qəsəbə bələdiyyəsinin maliyyə-təsərrüfat fəaliyyətləri məhdudlaşdırılıb, onlar üzərilərinə düşən vəzifələri tam icra edə bilməyibər. Bu vəziyyət milli assosiasiyaya üzvlük haqqlarının ödənilməsinə də təsir göstərib, bələdiyyələr il ərzində proqnozlaşdırılmış üzvlük haqqları üzrə maliyyə vəsaitinin cəmi 59,4 faizini ödəyib.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR