Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub.
Bildirilib ki, xəstələrdən 272 nəfəri reanimasiyadadır. Süni nəfəs cihazına qoşulanların sayı isə 62 nəfərdir.
Qeyd edək ki, bu günədək Azərbaycanda 32 443 nəfər COVID-19-a yoluxub, onlardan 27 113-ü sağalıb, 462 nəfəri isə vəfat edib.