• SOSİAL

    13:44 16 mart 2020

Azərbaycanda aprel ayına təyin olunan buraxılış imtahanları təxirə salınıb

Azərbaycanda aprel ayındakı buraxılış imtahanları təxirə salınıb.

ONA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumatda bildirilir.

Məlum olduğu kimi, 5, 12 və 19 aprel 2020-ci il tarixlərində orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi, 16 mart – 14 aprel tarixlərində isə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulunun başlanılması nəzərdə tutulurdu.

DİM-in məlumatına görə, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq qeyd olunan tarixlərdə keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib.

11-ci sinif buraxılış imtahanları, eləcə də də martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR