• SOSİAL

    14:04 9 avqust 2020

Azərbaycanda bir gündə 308 nəfər COVID-19-dan sağalıb, 87 nəfər yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib, aktiv xəstə sayı 2714 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 785126, ötən müddət ərzində isə ümumilikdə 5618 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR