• SOSİAL

    17:14 31 yanvar 2021

Azərbaycanda bir gündə 355 nəfər COVID-19-dan sağalıb, 153 nəfər yoluxub, 6 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 153 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 2 302 219 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 2 233 15 nəfər müalicə olunaraq sağalıb, 3 132 nəfər vəfat edib, aktiv xəstə sayı 3772 nəfərdir.

Ölkədə son sutka ərzində 6330, hazırkı dövrədək isə 2 408 050 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR