Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb, 4209 nəfər müalicə olunaraq sağalıb.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 216 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 176 228 nəfər müalicə olunaraq sağalıb, 2 575 nəfər vəfat edib, aktiv xəstə sayı 37 781 nəfərdir.