Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2961 yeni yoluxma faktı qeydə alınıb, 4317 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 202088 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 139779 nəfər müalicə olunaraq sağalıb, 2210 nəfər vəfat edib, aktiv xəstə sayı 60099 nəfərdir.
Ölkədə son sutka ərzində 14515, hazırkı dövrədək isə 2063754 test aparılıb.