Bu ilin dörd ayı ərzində Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44741 doğulan körpə qeydə alınıb.
ONA-nın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,8) qalıb.
Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Onlardan 924-ü əkiz, 33-ü isə üçəm doğulanlardır.