• SOSİAL

    16:37 2 iyul 2022

Azərbaycanda COVID-19-a 33 yeni yoluxma qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

ONA Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783333 nəfər müalicə olunaraq sağalıb, 9717 nəfər vəfat edib, aktiv xəstə sayı 200 nəfərdir.

Ölkədə son sutka ərzində 2098, hazırkı dövrədək isə 6968836 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR