Hazırkı dövrədək Azərbaycanda 7553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4149 nəfər müalicə olunaraq sağalıb, 88 nəfər vəfat edib, 3316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.