Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • SOSİAL

  • 17:34 18 Aprel 2021

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 327 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 860, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 467 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 337 361, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 889 216, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448 145 təşkil edir.

ONA

Teqlər: