Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • SOSİAL

  • 17:06 19 Aprel 2021

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 19 vaksin vurulub.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1337380, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 889232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448148 təşkil edir.