• SOSİAL

    17:57 22 aprel 2021

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 077 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 205, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 872 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 381 967, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 917 877, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 464 090 təşkil edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR