Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • SOSİAL

  • 17:45 09 May 2021

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 625 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı  21 915  nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə  681 719 nəfər təşkil edir.

ONA

Teqlər: