Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • SOSİAL

  • 18:47 28 İyul 2021

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 81690 vaksin vurulub.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatəna görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44622, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4714039, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2731114, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1982925 təşkil edir.

ONA

Teqlər: