• SOSİAL

    18:30 16 avqust 2021

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 251 vaksin vurulub.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 794 483, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 420 144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 374 339 təşkil edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR