Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • SOSİAL

  • 18:45 05 Sentyabr 2021

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 977 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 754 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 235 274, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 358 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 480 təşkil edir.

ONA

Teqlər: