• SOSİAL

    16:46 19 sentyabr 2021

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 300 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 826 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 976 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 619 432, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 357 117 təşkil edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR