• SOSİAL

    17:47 31 oktyabr 2021

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 43 113 koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 089, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 024 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 660 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 418, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 402 450 təşkil edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR