Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • SOSİAL

  • 18:46 14 Noyabr 2021

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 231 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 178, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 18 861 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 092 423, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 022 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 480 614, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 589 459 təşkil edir.

ONA

Teqlər: