• SOSİAL

    18:48 19 dekabr 2021

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 20 738 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 701, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 247, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 14 790 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 066 874, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 140 913, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 641 869, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 284 092 təşkil edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR