• SOSİAL

    18:45 17 aprel 2022

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 5 804 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 460, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 476, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4 465, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 403 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 595 242, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 334 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 836 495, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 187 702, pozitiv nəticədən sonra buster doza olunanların sayı 236 551 təşkil edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR