Azərbaycanda COVID-ə 399 yeni yoluxma qeydə alınıb, 2 nəfər vəfat edib
  • SOSİAL

  • 16:48 27 İyul 2022

Azərbaycanda COVID-ə 399 yeni yoluxma qeydə alınıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.

ONA Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, 9741 nəfər vəfat edib, aktiv xəstə sayı 2 103 nəfərdir.

Ölkədə son sutka ərzində 3543, hazırkı dövrədək isə 7 033 280 test aparılıb.

ONA

Teqlər: koronavirus