• SOSİAL

    16:06 25 sentyabr 2020

Azərbaycanda daha 101 nəfər koronavirusa yoluxub, 137 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39787 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib, aktiv xəstə sayı 1812 nəfərdir.

Ölkədə son sutka ərzində 6705, hazırkı dövrədək isə 1087578 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR