Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 232 197 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 226 760 nəfər müalicə olunaraq sağalıb, 3 183 nəfər vəfat edib, aktiv xəstə sayı 2 254 nəfərdir.
Ölkədə son sutka ərzində 4 160, hazırkı dövrədək isə 2 506 005 test aparılıb.