• SOSİAL

    17:58 10 noyabr 2020

Azərbaycanda daha 1346 nəfər COVID-19-a yoluxub, 598 nəfər sağalıb, 15 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 346 yeni yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 67 392 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 50 009 nəfər müalicə olunaraq sağalıb, 867 nəfər vəfat edib, aktiv xəstə sayı 16 516 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 592, ötən müddət ərzində isə ümumilikdə 1 457 177 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR