Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, aktiv xəstə sayı 1 956 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 422, ötən müddət ərzində isə ümumilikdə 898 492 test aparılıb.