• SOSİAL

    16:29 6 oktyabr 2020

Azərbaycanda daha 143 nəfər COVID-19-a yoluxub, 126 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 40 931 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 713 nəfər müalicə olunaraq sağalıb, 600 nəfər vəfat edib, aktiv xəstə sayı 1 618 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 203, ötən müddət ərzində isə ümumilikdə 1 145 397 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR