• SOSİAL

    17:10 31 avqust 2020

Azərbaycanda daha 144 nəfər koronavirusdan sağalıb, 126 yeni yoluxma qeydə alınıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 36435 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, aktiv xəstə sayı 2054 nəfərdir.

Ölkədə son sutka ərzində 5042, hazırkı dövrədək isə 922069 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR