• SOSİAL

    14:45 12 noyabr 2020

Azərbaycanda daha 1622 nəfər koronavirusa yoluxub, 979 nəfər sağalıb, 20 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 70216 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 51986 nəfər müalicə olunaraq sağalıb, 905 nəfər vəfat edib, aktiv xəstə sayı 17325 nəfərdir.

Ölkədə son sutka ərzində 11796, hazırkı dövrədək isə 1479638 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR