Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 35105 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 32842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6557, ötən müddət ərzində isə ümumilikdə 868345 test aparılıb.