Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1851 yeni yoluxma faktı qeydə alınıb, 402 nəfər müalicə olunaraq sağalıb.
ONA xəbər verir iki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 369853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 339327 nəfər müalicə olunaraq sağalıb, 5170 nəfər vəfat edib, aktiv xəstə sayı 25356 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9695, ötən müddət ərzində isə ümumilikdə 4220135 test aparılıb.