• SOSİAL

    18:21 6 fevral 2021

Azərbaycanda daha 201 nəfər COVID-19-dan sağalıb, 115 yeni yoluxma qeydə alınıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231022 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 224961 nəfər müalicə olunaraq sağalıb, 3156 nəfər vəfat edib, aktiv xəstə sayı 2905 nəfərdir.

Ölkədə son sutka ərzində 6582, hazırkı dövrədək isə 2446300 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR