• SOSİAL

    18:16 18 noyabr 2021

Azərbaycanda daha 2124 nəfər COVID-19-a yoluxub, 2669 nəfər sağalıb, 27 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2124 yeni yoluxma faktı qeydə alınıb, 2669 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 568 089 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 530 774 nəfər müalicə olunaraq sağalıb, 7551 nəfər vəfat edib, aktiv xəstə sayı 29 764 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 963, ötən müddət ərzində isə ümumilikdə 5 405 244 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR