Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 196 yeni yoluxma faktı qeydə alınıb, 2 162 nəfər müalicə olunaraq sağalıb.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 319 109 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 289 460 nəfər müalicə olunaraq sağalıb, 4 517 nəfər vəfat edib, aktiv xəstə sayı 25 132 nəfərdir.
Ölkədə son sutka ərzində 11 319, hazırkı dövrədək isə 3 241 186 test aparılıb.