• SOSİAL

    18:39 30 oktyabr 2021

Azərbaycanda daha 2189 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2189 yeni yoluxma faktı qeydə alınıb, 1585 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 529109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 492374 nəfər müalicə olunaraq sağalıb, 7049 nəfər vəfat edib, aktiv xəstə sayı 29686 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14051, ötən müddət ərzində isə ümumilikdə 5183839 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR