• SOSİAL

    18:53 19 noyabr 2021

Azərbaycanda daha 2233 nəfər koronavirusa yoluxub, 2401 nəfər sağalıb, 28 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2233 yeni yoluxma faktı qeydə alınıb, 2401 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 570322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 533175 nəfər müalicə olunaraq sağalıb, 7579 nəfər vəfat edib, aktiv xəstə sayı 29568 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12925, ötən müddət ərzində isə ümumilikdə 5418169 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR