• SOSİAL

    15:57 10 oktyabr 2020

Azərbaycanda daha 233 nəfər koronavirusa yoluxub, 106 nəfər sağalıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 233 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41752 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39235 nəfər müalicə olunaraq sağalıb, 608 nəfər vəfat edib, aktiv xəstə sayı 1909 nəfərdir.

Ölkədə son sutka ərzində 7594, hazırkı dövrədək isə 1169656 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR