Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327626 nəfər müalicə olunaraq sağalıb, 4948 nəfər vəfat edib, aktiv xəstə sayı 2343 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8158, ötən müddət ərzində isə ümumilikdə 3589231 test aparılıb.