• SOSİAL

    16:56 5 yanvar 2021

Azərbaycanda daha 2479 nəfər koronavirusdan sağalıb, 802 nəfər yoluxub, 31 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2479 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 221401 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 199213 nəfər müalicə olunaraq sağalıb, 2792 nəfər vəfat edib, aktiv xəstə sayı 19396 nəfərdir.

Ölkədə son sutka ərzində 8435, hazırkı dövrədək isə 2222629 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR