• SOSİAL

    17:56 17 avqust 2021

Azərbaycanda daha 3 322 nəfər koronavirusa yoluxub, 847 nəfər sağalıb, 18 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 373 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 174 nəfər müalicə olunaraq sağalıb, 5 188 nəfər vəfat edib, aktiv xəstə sayı 27813 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 007, ötən müddət ərzində isə ümumilikdə 4 235 142 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR