• SOSİAL

    19:22 28 dekabr 2020

Azərbaycanda daha 3048 nəfər koronavirusdan sağalıb, 772 nəfər yoluxub, 39 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 772 yeni yoluxma faktı qeydə alınıb, 3048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 215 483 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 172 019 nəfər müalicə olunaraq sağalıb, 2 538 nəfər vəfat edib, aktiv xəstə sayı 40 926 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 502, ötən müddət ərzində isə ümumilikdə 2 163 064 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR