• SOSİAL

    15:10 3 mart 2021

Azərbaycanda daha 319 nəfər koronavirusa yoluxub, 161 nəfər sağalıb, 5 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir.

Ölkədə son sutka ərzində 7 928, hazırkı dövrədək isə 2 610 808 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR