• SOSİAL

    17:38 2 fevral 2021

Azərbaycanda daha 332 nəfər koronavirusdan sağalıb, 159 nəfər yoluxub, 5 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 230455 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 223807 nəfər müalicə olunaraq sağalıb, 3141 nəfər vəfat edib, aktiv xəstə sayı 3507 nəfərdir.

Ölkədə son sutka ərzində 7 713, hazırkı dövrədək isə 2 419 747 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR