Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 421 yeni yoluxma faktı qeydə alınıb, 3645 nəfər müalicə olunaraq sağalıb.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 219 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 191 925 nəfər müalicə olunaraq sağalıb, 2703 nəfər vəfat edib, aktiv xəstə sayı 27 834 nəfərdir.