• SOSİAL

    17:40 6 aprel 2022

Azərbaycanda daha 38 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 141 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 143 nəfər müalicə olunaraq sağalıb, 9 701 nəfər vəfat edib, aktiv xəstə sayı 297 nəfərdir.

Ölkədə son sutka ərzində 5 230, hazırkı dövrədək isə 6 726 560 test aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR