Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4687 yeni yoluxma faktı qeydə alınıb, 6506 nəfər müalicə olunaraq sağalıb.
ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 752 605 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 696 565 nəfər müalicə olunaraq sağalıb, 9105 nəfər vəfat edib, aktiv xəstə sayı 46 935 nəfərdir.
Ölkədə son sutka ərzində 15 682, hazırkı dövrədək isə 6 414 158 test aparılıb.